2024/2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, tələbə qəbulu aşağıdakı ixtisaslar üzrə aparılacaq:
 
  • Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
  • Riyaziyyat müəllimliyi
  • İbtidai sinif müəllimliyi
  • Xarici dil müəllimliyi (ingilis dili)
  • Hüquqşünaslıq
  • Beynəlxalq münasibətlər
  • Maliyyə
  • Mühasibat
 
Qeyd edək ki, Qarabağ Universitetinin SABAH qruplarını seçən tələbələr aşağıdakı imkanlardan yararlana biləcəklər:
 
  • Qarabağ Universitetinin ilk tələbəsi olmaq;
  • Ödənişsiz yataqxanadan istifadə etmək;
  • Yüksək bal toplayan tələbələrə əlavə təqaüd almaq;
  • Müasir maddi-texniki bazası olan universitet kampusu;
  • Yeni məzmunlu təhsil proqramları ilə tədris;
  • Hər bir tələbəyə SABAH təqaüdü və kompüter təminatı;
  • Peşəkar yerli və əcnəbi müəllimlərdən tədris almaq.