Təhsilverən öz fəaliyyəti ilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir.
 
 "Azərbaycan müəllimi" xəbər verir ki, bu, Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilən "Təhsilverənlərin etik davranış Qaydaları"nda qeyd olunub.
 
Belə ki, müəllimlərimiz sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdırlar.