2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu üçün imtahana qeydiyyat 13 iyun saat 15:00-da başa çatacaq.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, qeydiyyat şagirdlərin elektron yerdəyişməsi portalı üzərindən (sy.edu.az) həyata keçirilir.
 
Qeydiyyatla bağlı hər hansı çətinlik yaranacağı təqdirdə aşağıda qeyd olunan nömrə ilə “Whatsapp” platforması üzərindən əlaqə saxlaya bilərsiniz. (+99450) 7914631