Bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanları iki dəfə - 11 fevral və 28 aprel tarixlərində keçirilib.

 

"Azərbaycan müəllimi" DİM-ə istinadən xəbər verir ki, imtahanın hər iki cəhdi ilə bağlı ümumi statistik göstəriciləri və bəzi göstəricilərin ötən il keçirilən imtahanlarla müqayisəsinə aid məlumatları təqdim edirik. Nəzərinizə çatdırırıq ki, hazırkı müqayisə şərti xarakter daşıyır və bakalavrlara ixtisaslaşma seçimi zamanı kömək məqsədilə təqdim olunur. Belə ki, bu il imtahan yeni modelə əsasən, keçirilib və iştirakçılara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 20 test tapşırığı olmaqla, ümumilikdə 95 test tapşırığı təqdim olunub. Bakalavrların xarici dil üzrə yazı bacarıqları esse ilə yoxlanılıb. İştirakçılar qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə 95, esse üzrə isə 5 bal toplamaq imkanına malik olublar. İmtahanda toplanılan bilən maksimum bal əvvəl kimi 100 bal olub.

 

2024-cü ildə keçirilən imtahanlarda, ümumilikdə 24858 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 24118 nəfər olub. İştirakçıların sayı ötən illə müqayisədə 740 nəfər daha çox olub.

 

Bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 48-dən yüksək (median 48.55) olub. Ötən il isə bu göstərici 54 bala yaxın (median 53.90) idi. Xarici dil üzrə ənənəvi test tapşırıqlarının sayının azaldılması, həmçinin bu il ilk dəfə tətbiq olunduğu üçün essedən toplanılan bala hər hansı məhdudiyyətin qoyulmaması səbəbilə esse yazmaqdan imtina göstəricilərinin çox olması ümumi nəticələrin nisbətən aşağı düşməsinə təsir göstərib.

 

Bu il 90 va daha yuxarı bal toplayanların sayı 44 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 458 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 2106 nəfər olub. Ötən il analoji göstəricilər 161, 1119 və 4006 nəfər idi. Göründüyü kimi bu il yüksək bal toplayanların sayı daha azdır.

 

Aşağıdakı cədvəllərdə bakalavrların 2024 və 2023-cü illərdə keçirilən imtahanlarda topladıqları ballar üzrə histoqramlarla tanış ola bilərsiniz.  

 

Magistratura - 2024

Bakalavrların sayı: 24858

 

Ballar üzrə histoqram

 Bal
 intervalları 

 Bakalavrların
 sayı
 (tezliklər)

0 - 30

2301

30 - 35

1932

35 - 40

2613

40 - 45

3204

45 - 50

3351

50 - 55

3069

55 - 60

2707

60 - 65

2100

65 - 70

1475

70 - 75

1035

75 - 80

613

80 - 85

279

85 - 90

135

90 - 95

39

95 - 100

5


 

Magistratura - 2023 

Bakalavrların sayı : 24118

Ballar üzrə histoqram

 Bal
 intervalları 

 Bakalavrların
 sayı
 (tezliklər)

0 - 30

1670

30 - 35

1254

35 - 40

1863

40 - 45

2261

45 - 50

2732

50 - 55

2924

55 - 60

2825

60 - 65

2527

65 - 70

2056

70 - 75

1737

75 - 80

1150

80 - 85

633

85 - 90

325

90 - 95

132

95 - 100

29