2024/2025-ci tədris ilində ali təhsil müəssisələrinin magistraturalarına qəbul üzrə keçirilən ixtisas seçimi başa çatıb.
 
"Azərbaycan müəllimi" Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, ixtisas seçimi bu gün saat 12:00-da yekunlaşıb.
 
Hazırda 15796 plan yerinə 15660 nəfər müraciət edib.
 
Onlardan 14 381 nəfər Azərbaycan bölməsi üzrə, 1278 nəfər isə rus bölməsi üzrə müsabiqədə iştirak edir.
 
Nəticələrin yaxın günlərdə elan olunacağı gözlənilir.