Türkiyənin İstanbul şəhərində karate idman növü üzrə beynəlxalq turnir keçirilib.

 

26 ölkədən 1682 idmançının qatıldığı turnirdə “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası 20 idmançı ilə təmsil olunub.

 

Mərkəzin yetirmələri 4 qızıl, 2 gümüş, 4 bürünc medal qazanıb, 14-15 yaşlı idmançılar 16 komanda arasında komanda hesabında II yerə layiq görülüb.