Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Təhsil İnstitutu nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, apellyasiya müsahibələri 3 sentyabr tarixində onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq.
 
Qeyd edək ki, müsahibə linki 2 sentyabr tarixində namizədlərin şəxsi səhifələrində qeyd olunan elektron poçt ünvanlarına göndəriləcək.