Elm və Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən elan olunan 2024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrant Proqramı”nın ilkin nəticələri elan olunub.
 
“Study in Azerbaijan” layihəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, namizədlər nəticələrini portal.edu.az saytından öyrənə bilərlər.
 
Qeyd edək ki, proqramın məqsədi xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin tədris dilinə uyğun hazırlıq kurslarında, bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura), doktorantura səviyyələrində təhsil almasına imkan yaratmaqdır. 
 
Xatırladaq ki, bu ali təhsil təqaüdü Azərbaycan hökuməti tərəfindən hər il 5 il müddətinə təklif olunacaq və hər il 100 əcnəbi tələbə bu imkandan istifadə edə biləcək.