Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin builki məzunları qəbul imtahanlarında böyük uğura imza atıblar.
 
Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki, liseyin 46 məzununun hamısı tələbə adını qazanıb. Onlardan 14-ü təhsilini BDU tələbəsi kimi davam etdirəcək. Liseyin 9 məzunu isə xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alacaq.