Azərbaycan paraatleti Orxan Aslanov “Paris-2024” Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, T13 kateqoriyasında çıxış edən idmançı uzunluğa tullanma yarışında qüvvəsini sınayıb.
 
O, 7,29 metr məsafə göstərici ilə qızıl medal qazanaraq Paralimpiya çempionu olub.
 
Bununla da Azərbaycan paralimpiyaçılarının Parisdə qazandığı medalların sayı doqquza (4 qızıl, 2 gümüş və 3 bürünc) çatıb.