“Bəzi məktəb direktorlarının qəbuluna düşmək mənim qəbuluma düşməkdən daha çətindir”. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev deyib.
 
O qeyd edib ki, belə hallar az da olsa var:
 
“Məktəb direktorları, valideynlərlə siz görüşürsürüz, siz onlara lazım olan mesajı çatdırırsınız. Bu halda siz həmin mesajı necə çatdırırsınız? Mən istəyərdim ki, biz bu cür halları müzakirə edək. Necə edə bilərik ki, bu prosesi yaxşılaşdıraq” - deyə nazir bildirib.
 
Günel ABBAS