"Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliklərinə qarşı mübarizə" mövzusunda forumun l hissəsi dünəndən işə başlayıb və  və gələn qonaqlar Sumqayıt Dövlət Universitetində olub. Forumun açılış hissəsi isə bu gün məhz bizim universitetdə təşkil olunub”.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əsgərov deyib.
 
O qeyd edib ki, ölkəmizə bu sahə üzrə müxtəlif ölkələrdən ekspertlərin təşrif buyurması, Azərbaycanda fəaliyyət göstərən yerli qurumların, eləcə də universitet müxtəlif universitet rektorlarının iştirakı bu foruma daha da böyük bir töhfə verir:
 
“Forum ərəfəsində bu mövzuda müxtəlif müzakirələr təşkil olunacaq və istər akademik mühitdən, istərsə də sənaye mühitinə dəvət olunmuş ekspertlər fikir mübadilələri aparacaqlar. Xüsusi bildirmək istərdim ki, COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ərəfəsində bu Forumun keçirilməsi çox önəmlidir. Əminəm ki, istər təhsil mühiti, istərsə də sənaye mühitinin apardığı müzakirələr məhz iqlim dəyişikliyi ilə bağlı öz müsbət təsirini göstərəcək”.
 
Günel ABBAS