Lənkəranda "Riyazi bacarıqların həyatda tətbiqi" mövzusunda metodik seminar keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) nümayəndəsi Elgün Əliyev tərəfindən Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində çalışan riyaziyyat müəllimləri üçün metodik seminar keçirilib.
 
Seminar "Riyazi bacarıqların həyatda tətbiqi" mövzusunda olub. Seminarın sonunda müəllimlərin sualları ətraflı şəkildə cavablandırılıb.
 
Nilufər HACILI,
Lənkəran-Astara üzrə regional təmsilçi