Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Novruz bayramı münasibəti ilə şənlik keçirilib.

 

Tədbirin keçirilməsində məqsəd Azərbaycanda yaşayan çoxsaylı xalqların nümayəndələrinə milli adət-ənənələrimizi, mədəniyyət və incəsənətimizi, xalq folklorumuzu, mətbəximizi tanıtmaq, məktəbdənkənar dərnək üzvlərinin asudə vaxtının səmərəli təşkil olunmasından ibarət olub.

 

Tədbirdə Novruz bayramının milli bayramlar kimi qeyd olunduğu İran, Əfqanıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Pakistan, Qazaxıstan, Misir, Dubay, Hindistan, Qətər və Türkiyədən nümayəndələr də iştirak edib.

 

Tədbir zamanı mərkəzin həyətində milli adət-ənənələrimizi özündə əks etdirən dekorasiyalar, Novruz bayramına həsr edilmiş rəsm və əl işlərindən ibarət sərgi nümayiş olunub.

 

Qonaqlar mərkəzin dərnək üzvlərinin iştirakı ilə bir-birindən maraqlı səhnələrə, oyunlara, rəqslərə tamaşa edib, uşaqların ifasında musiqi, şeir,  mövsum və mərasim nəğmələrini dinləyiblər.

 

Şənlikdə Dədə Qorqud,  Novruz personajları Bahar qızı, Kosa və Keçəl, Azərbaycan nağıl qəhrəmanları iştirak edib, novruz tonqalı alovlandırılıb.