Bakıdakı  G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin şagirdləri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Akademik Xalq və Caz musiqisi” Respublika festivalında iştirak ediblər. Məktəbin fortepiano ixtisası üzrə şagirdlərindən Cümşüdlü Aidə, Əlizadə Aytac tərifnamə, Qəribli Rəna  diplomla, estrada və vokal ixtisası üzrə Akiyeva Nafisat  tərifnamə, akademik vokal ixtisası üzrə Həsənzadə İskəndər  diploma  layiq görülüblər. Bəşirli Cəlal isə laureat adını qazanıb. Qala konsertdə Bəşirli Cəlal Henri Monçininin “Moon river” əsərini məharətlə ifa edib. 

 

Qeyd edək ki, şagirdlərin  bu festivalda  uğur qazanmasında  müəllimlərdən Kəmalə Ələsgərova, Rəna Almasova, İrina Qrinik, Yevgeniya Məmmədova və konsertmeyster Lalə Bağırzadənin  əməyi böyük olub.

                    

Sifai SƏFƏROVA