Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) SABAH tələbələrinin ifasında konsert proqramı keçirilib. Konsertdə beynəlxalq müsabiqələr laureatları olan SABAH qruplarının tələbələri - Qəmər Kərimli, Orxan Hüseynov,  Bahadur Rzayev, Əli Əmişov, Günel Hacıyeva, Xədicə Mirqulamlı, Aysel Abdullayeva, Aygül Rzazadə, Nəriman Əmiraslanov, Mədinə Ağayeva, Nəzrin Nəzirli,  Fidan Mirheydərzadə, Günel İmanova, Günel Rizvanova, Atabala Manafzadə, Suada Hacızadə, Gülnaz Eldarlı, İsa Məmmədzadə Azərbaycan və xarici ölkələrin bəstəkarlarının əsərlərini ifa ediblər.

 

Konsertdə Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin əməkdaşları, BMA-nın tədris işləri üzrə prorektoru Nərminə Quliyeva, fakültə dekanları, professor-müəllim heyəti və SABAH qruplarının tələbələri iştirak ediblər.