Xəzər Universitetinin Dünya məktəbində əlil və qəyyumluqda olan uşaqların bayram sevinclərini artırmaq, onları əyləndirmək məqsədi ilə Yeni il şənliyi keçirilib. Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, uşaqlara, gənc nəslə göstərilən dövlət qayğısından danışıb.

 

Şaxta baba və Qar qız uşaqları maraqlı çıxışları və bayram hədiyyələri ilə sevindirib, Dünya məktəbinin və 6 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin şagirdlərinin hazırladıqları bədii-musiqili proqram iştirakçılarda xoş ovqat  yaradıb.

 

Sonda uşaqların  hədiyyələr  verilib, aztəminatlı ailələrə isə bayram sovqatları paylanılıb.

 

Qeyd edək ki, tədbir Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Xəzər Dünya məktəbi və “Zəka” adası tədris mərkəzinin təşkilatçılığı ilə baş tutub.

               

Sifai SƏFƏROVA