Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə valideyn himayəsindən məhrum olmuş internat məktəblərindən olan şagirdlər üçün Bakıda əyləncə mərkəzlərindən birində maraqlı istirahət proqramı təşkil olunub. Mərkəzdə müxtəlif yaş kateqoriyaları üçün nəzərdə tutulmuş müxtəlif oyunlar uşaqların tam ixtiyarına verilib. Vergilər Nazirliyinin təşkilatçılığı ilə keçirilən Yeni il şənliklərini təşkil etməkdə əsas məqsəd  valideyn himayəsindən məhrum olmuş və qayğı və diqqətə daha çox ehtiyacı olan məktəblilərin cəmiyyətə inteqrasiyasına dəstək vermək və onlarda ruh yüksəkliyi yaratmaq, təhsilə marağı artıtmaq olub.

                

Sifai SƏFƏROVA