Paytaxt məktəbliləri İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə beynəlxalq turnirdən böyük qalibiyyətlə Vətənə qayıdıblar.

 

Onlardan 8-i qızıl, 3-ü gümüş, 2-si isə bürünc medala layiq görülüb.

 

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 2 nömrəli Texniki-humanitar liseyin VIII sinif şagirdi Ulvira Rüstəmli, 18 nömrəli tam orta məktəbin VII sinif şagirdi Elnaz Soltanlı, 141 nömrəli tam orta məktəbin IV sinif şagirdi Eldar Əsədov, 165 nömrəli tam orta məktəbin VII sinif şagirdi Sənan Hüseynzadə, 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhrə Salmanlı, 115 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fərid Hacıyev, 299  nömrəli tam orta məktəbin VIII sinif şagirdi Ayxan Əliyev və IX sinif şagirdi Telman Əliyev bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məktəblilər qızıl medal və diplomla mükafatlandırılıblar.

 

Bundan əlavə, 165 nömrəli tam orta məktəbin IX sinif şagirdi Tural Rzayev, 192 nömrəli tam orta məktəbin IV sinif şagirdi Qələndər Miriyev və 220 nömrəli məktəb-liseyin IX sinif şagirdi Hüseyn Ağasıyev II yerə layiq görülüblər. Qalib məktəblilər gümüş medal və diplomla təltif olunublar.

 

Paytaxtdakı 192 nömrəli tam orta məktəbin VI sinif şagirdi Cəlal Miriyev və 53  nömrəli tam orta məktəbin VII sinif şagirdi Nihad Məhəmmədəliyev isə beynəlxalq yarışda III yeri tutub. Yarışın nəticələrinə əsasən, məktəblilər medal və diplomla mükafatlandırılıblar.

 

Qeyd edək ki, yarışda iştirak edən paytaxt məktəblilərinin məğlub etdikləri rəqibləri arasında erməni idmançılar üstünlük təşkil edib.

 

Onu da qeyd edək ki, İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə 1600-dən çox idmançının qatıldığı beynəlxalq turnirdə Azərbaycanı təmsil edən bütün idmançılar parlaq çıxışları ilə yadda qalıblar.