26-31 mart tarixlərində 13-14 yaşlı  boksçular arasında ölkə birinciliyi keçirilib.

 

19 çəki dərəcəsi üzrə 50-yə yaxın komandanın, 294 nəfər idmançının qatıldığı yarışda “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası 6 qızıl, 2 gümüş və 4 bürünc medal  qazanaraq komanda hesabında birinci yeri tutub.

 

Qeyd edək ki, mərkəzin yığma komandası bu ilin fevral ayında 15-16 yaşlı boksçular arasında keçirilən ölkə birinciliyinin də qalibi olub.