Bülbülün Memorial Muzeyində Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi keçirilib. Tədbirdə Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin səhnələşdirdiyi ədəbi-bədii kompozisiya tamaşaçılara təqdim olunub.
Sonda “Nəsimi” filmindən şairin “Sığmazam” qəzəlinin ifa olunduğu parça nümayiş etdirilib.
Qeyd edək ki, 2018-ci ilin sentyabrından ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilib.
Sifai SƏFƏROVA
![Nəsiminin anadan olmasının 650 illik yubileyi keçirilib](photos/15527397352687754920_1000x669.jpg)
![Nəsiminin anadan olmasının 650 illik yubileyi keçirilib](photos/15527397352687754920_1000x669.jpg)