Xüsusi olimpiyaçı qızlar arasında həndbol üzrə respublika seçmə yarışları keçirilib. Azərbaycan Xüsusi Olimpiya Komitəsindən verilən məlumata görə, yarışlar 4 nömrəli xüsusi internat məktəbində təşkil edilib.

 

Yekun nəticələrə əsasən, birinci divizionda Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi birinci yeri tutub. İkinci divizionda Qaradağ rayonu E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbi qalib olub. Üçüncü divizionda isə Xəzər rayonu 4 nömrəli xüsusi internat məktəbinin komandası ilk pillədə qərarlaşıb.

 

Rəşad ZİYADOV