Xırdalan şəhər Heydər Əliyev parkında məktəblilərin iştirakı ilə ümumrayon “Oxu günü” keçirilib.

 

Tədbirdə rayonun bütün ümumtəhsil məktəbləri mövzuya aid maraqlı proqramlar təqdim ediblər. Rayon kitabxanasının açdığı sərgidə kitab satışı da təşkil olunub.

 

“Oxu günü”ndə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın, Təhsil şöbəsinin rəhbərliyinin, məktəblilərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə müxtəlif kitablar nümayiş olunub, oxumağı, mütaliəni təbliğ edən fikirlər səslənib.

 

Məktəblilər tərəfindən Azərbaycanın görkəmli şəxsiyyətlərinin, şairlərin, yazıçıların, həyat və yaradıcılığını özündə əks etdirən teatrlaşdırılmış səhnələr də təqdim olunub.

 

Dahi mütəfəkkir, şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan stend iştirakçılara xoş ovqat yaradıb. Şagirdlər Nəsiminin qəzəllərini söyləyib, onun əsərlərinin qəhrəmanlarını canlandırıblar.

 

Tədbirdə Azərbaycan Ordusunun igid əsgərləri üçün kitablar toplanılıb.

 

Sifai SƏFƏROVA