Bakı Musiqi Akademiyasında Təhsil Nazirliyinin dəstəyi və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Simurq” musiqi festivalının bağlanış mərasimi baş tutub.

 

Festivalın başlıca məqsədi Azərbaycanın gənc, istedadlı musiqiçilərini önə çıxarmaq, onlara dəstək olmaq, ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətməkdir.

 

Festivala 100-ə yaxın gənc pianoçu qatılıb. Finala çıxan 6 nəfər azərbaycanlı iştirakçı Azərbaycan və Rusiyadan olan münsiflər heyəti tərəfindən qiymətləndirilib.

 

Festivalın yekununda Bakı şəhəri 23 nömrəli ümumtəhsil məktəbinin şagirdi Ləman Seyidova qalib gəlib. Qalib  təşkilatçılar tərəfindən  diplomla təltif olunub.