Qəbələ Olimpiya İdman Kompleksində keçirilən tayboks üzrə Azərbaycan çempionatına yekun vurulub.

 

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının və Azərbaycan Muay-tay Federasiyasının (AMF) birgə təşəbbüsü  baş tutan çempionatda paytaxtın 20, regionlarda fəaliyyət göstərən 25 klubu təmsil edən 200-dək idmançı mübarizə aparıb.

 

Çempionatda “İnam Muay-tay” klubu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yerdə “Bozqurd” idman klubu qərarlaşıb. İlk üçlüyü “Samux” idman klubu tamamlayıb.

 

Xatırladaq ki, çempionatın qalibi olan idmançılar dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanıblar.

 

                 

Sifai SƏFƏROVA