Polşanın Krakov şəhərində sərbəst və Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Avropa birinciliyi keçirilib.

 

Yarışda “Təhsil” Respublika İdman Mərkəzinin idmançıları uğurla iştirak edərək yığma komandanın tərkibində yüksək nəticə əldə ediblər.  

 

Müxtəlif çəki dərəcələrində sərbəst güləş üzrə Abdürrəhman İbrahimov qızıl, İlkin Qurbanov gümüş və Elcan Nadirli bürünc medal qazanıb.

 

Yunan-Roma güləşi üzrə isə Təvəkkül Həziyev qızıl, Fərid Xəlilov bürünc medala layiq görülüb.

 

Beləliklə, “Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri 2 qızıl, 2 bürünc və 1 gümüş olmaqla ümumilikdə 5 medal əldə ediblər.