Aprelin  20-də  Azərbaycan Dillər Universitetində (ADU) 2 Aprel - Dünya Autizm Məlumatlandırma Gününə həsr olunmuş “Autizm problemləri və erkən müdaxilə tədbirlərinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib. Universitetin “Mülki müdafiə və tibbi biliklərin əsasları” kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşəbbüsü, Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri  Çiçək Məmmədlinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ADU-nun tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov bu kimi maarrifləndirici tədbirlərin təşkil olunmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

 

“Mülki müdafiə və tibbi biliklərin əsasları” kafedrasının baş müəllimi Sədaqət Musayeva 2 Aprel - Dünya Autizm Məlumatlandırma Günü haqqında məlumat verib. O, autizmin əsrin ən  qlobal problemlərindən biri hesab edilən, dünya əhalisinin, təxminən, 1 faizinin əziyyət çəkdiyi və son dövlərdə uşaqlarda çox rast gəlinən xəstəliklərdən biri olduğunu diqqətə çatdırıb.

 

Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədlinin “Azərbaycanda autizm problemi”, Sağlamlığın Qorunması İctimai Birliyinin sədri, tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyevanın “Autizmli uşaqların cəmiyyətə inteqrasiyası və sağlamlığın qorunması” və başqa məruzələr dinlənilib.

 

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.