Oksford Universitetinin tələbələri tədbirlərində alqışları qadağan ediblər. Bundan sonra universitetin tələbə toplantılarında razılıq əlaməti olaraq əllər yellənəcək.

 

Yenilik autizm, narahatlıq pozuntusu, müzakirələrdən və başqa kütləvi toplantılardan qaçan digər psixi sağlamlıq problemləri olan tələbələrin bu kimi tədbirləri ziyarət edə bilməsi üçün tətbiq olunur.

 

Gurultulu alqışlar problemə yol açdığı üçün Oksford Universitetinin Tələbə İttifaqı Britaniya jest dilindən alqışların digər versiyasını, "caz əlləri" ("jazz hands") adlandırılan jestləri tətbiq edir, yəni insan ovuclarını yuxarı qaldırır və yanlara doğru yelləyir.  
 

Tələbə Şurasının nümayəndəsi Roşin Makkalion bildirib: "Biz insanları tədbirlərimizdə bəyəndiklərini jest vasitəsilə bildirməyə sövq etmək istəyirik ki, narahatlıqdan əziyyət çəkən insanlar bizi ziyarət edə bilsinlər".
 

Oksford Tələbə Birliyi oktyabrın sonlarında, cari tədris ilində baş tutan ilk iclasında gurultulu alqışlardan imtinaya səs verib.
Bu qərar mühafizəkar KİV-lərdə tənqidlərə səbəb olub. "The Sun" qəzeti Oksford Universitetinin tələbələrini "həddindən artıq həssas"lıqda, "siyasi korrektliyin təzyiqi altında" olmaqda ittiham edib.
 

Böyük Britaniya Milli Tələbə İttifaqı 2015-ci ildən öz tədbirlərində əl çalmamağa çağırır, 2018-ci ilin sentyabrında isə Mançester Universitetinin tələbələri alqışlara qadağa qoyublar. Bütün bunlar internetdə geniş diskussiyalara yol açıb.

 

Oruc MUSTAFAYEV