|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər ƏLİYEV
|
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəranda uşaqlar üçün bayram tədbiri
Lənkəran şəhərindəki Osman Mirzəyev adına qarışıqtipli uşaq evində valideyn himayəsindən məhrum olan uşaqlar üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə bayram tədbiri keçirilmişdir. Şəhərdəki sağlamlıq imkanları məhdud olan uşaqların xüsusi internat məktəbinin və ərazidə yerləşən məktəbəqədər tərbiyə müəssisələrinin uşaqlarının da iştirak etdiyi mərasimdə balacalar istedad və bacarıqlarını nümayiş etdirmişlər. Heydər Əliyev Fondu tərəfindən mərasim iştirakçıları üçün bayram süfrəsi açılmış, 200 nəfər uşağa hədiyyələr təqdim edilmişdir.
AzərTAc
Məktəblərə elektron lövhə verilir
Təhsildə informasiya və kommunikasiya texnologiyalarının tətbiqini genişləndirmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəbləri elektron lövhə ilə təmin olunur. Artıq 22 məktəbə elektron lövhə verilib. Elektron lövhədən istifadə qaydalarını öyrənmək üçün müəllimlər xüsusi kurslara cəlb olunublar.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Orta ümumtəhsil məktəblərində buraxılış imtahanları başlandı
İyunun 3-də Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Ucar, Zaqatala, Saatlı, Sabirabad və Qobustan rayonlarının orta ümumtəhsil məktəblərinin XI siniflərində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib. 23 minədək şagirdin iştirak etdiyi imtahanlarda davamiyyət 90 faiz təşkil edib. Həmin rayonlar üzrə keçirilən imtahanda ötən dərs ilində qeyri-kafi qiymət almış şagirdlər də iştirak ediblər. İyunun 8-də Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağdam, Ağstafa, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcək. Bütün bölgələr üzrə keçirilən imtahanlar başa çatdıqdan sonra nəticələr və yekun attestat qiymətləri Təhsil Nazirliyinin rəsmi saytında yerləşdiriləcək.
|
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
(Əvvəli qəzetimizin ötən saylarında)
|
Təhsil naziri üç Asiya ölkəsində səfərdə olub
Səfər zamanı Malayziya, Sinqapur və Yaponiya ilə təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
|
İyunun 2-də təhsil naziri Misir Mərdanov Bolqarıstan Respublikası Milli və Dünya İqtisadiyyatı Universitetinin rektoru Borislav Borisov, Bolqarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasil Kalinov və səfirliyin digər əməkdaşları ilə görüşüb. öncə qonaqları səmimi salamlayan nazir Azərbaycanla Bolqarıstan arasında mövcud olan ikitərəfli əlaqələrdən söz açıb. Milli və Dünya İqtisadiyyatı Universitetinin rektoru Borislav Borisov öz ölkəsinin təhsil sistemi, onun strukturu və rəhbərlik etdiyi təhsil müəssisəsi barədə geniş məlumat verib. Qonaq həmçinin Bolqarıstandan kənarda təhsil alan gənclər, orta məktəblərin mövcud vəziyyəti və ümumilikdə təhsil sahəsi üzrə görülən işlərdən də bəhs edib. Nazir də öz növbəsində ölkəmizin ali və orta təhsil sistemi, aparılan islahatlar, dərsliklərlə təminat, yeni tikilən məktəblər haqqında danışıb, müvafiq statistikanı qonağın diqqətinə çatdırıb. |
Təhsil Nazirliyində mətbuat konfansı
Təhsil naziri öncə jurnalistlərin diqqətini ölkə Prezidentinin aprelin 22-də imzaladığı "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" sərəncama yönəldərək, qəbul olunmuş proqramın ali təhsilin inkişafında mühüm rol oynayacağını söylədi. |
I. üMUMİ ƏSASLAR
1.1. Giriş
Bütün dövrlərdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından və onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olmuşdur. Cəmiyyətin tələbatı təhsilin inkişafını sürətləndirmiş, elmi və texnoloji nailiyyətlər isə təhsil sistemi qarşısında həlli vacib olan daha mürəkkəb vəzifələr qoymuşdur. Qloballaşmanın geniş vüsət aldığı hazırkı mərhələdə, informasiya cəmiyyətində sosial-iqtisadi fəaliyyət sahələrindəki rəqabətin gücləndiyi, habelə təbii resursların tədricən tükəndiyi bir vaxtda təhsilin rolu artmaqdadır. Birləşmiş Millətlər Təşkilatı XXI əsri "Təhsil əsri" elan etmişdir. |
Uşaqları Beynəlxalq Müdafiə Günü qeyd olundu
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova, təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov çıxış edərək ümummilli lider Heydər Əliyevin uşaqları çox sevdiyini, daim onların problemlərini önə çəkdiyini bildirdilər. |
Spartakiadanın proqramına 6 idman növü, o cümlədən şahmat, dama, nərd, stolüstü tennis, voleybol və futzal daxil olmuşdur. Spartakiada yarışlarında 14 ali təhsil müəssisəsinin komandaları iştirak etmişdir. Spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışlar Həmkarlar İttifaqının Yasamal rayonundakı şahmat-dama klubunda, Bakı Slavyan Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Azərbaycan Texniki Universitetinin idman zallarında keçirilmişdir. |
Bakıdakı 9 nömrəli orta məktəbdə də "son zəng"lə əlaqədar mərasim hazırlanmışdı. Məzunları, birinciləri və onların valideynlərini bu gözəl gün münasibətilə təbrik edən məktəbin direktoru Zinyət Əhmədova təhsil ocağının bu il 120 məzununun olduğunu, onlardan ikisinin artıq xarici ölkələrin universitetlərinə qəbul olduğunu dedi və məzunlara gələcək müstəqil həyatlarında uğurlar arzuladı. Müəllimlər və tədbirdə iştirak edən qonaqlar da onbirinciləri təbrik edərək, onlara xalqımıza, dövlətimizə layiq vətənpərvər şəxsiyyət kimi formalaşmağı arzuladılar. Birincilər əllərindəki gül və hədiyyələrlə onbirinciləri təbrik edib şeirlər söylədilər. *** 157 nömrəli məktəbdə tədbiri giriş sözü ilə açan təhsil ocağının direktoru Gülayə Səttarova məzunları və birinciləri təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladı və yüksək göstəricilərlə ali məktəblərə qəbul olacaqlarına ümid etdiyini birdirdi. Tədbirə gələn qonaqlar da məzunları və birinciləri təbrik edərək, onlara xoş sözlər dedilər. |
Uşaqların sevincindən valideynlərə də pay düşdü
2008-ci ildə bağça əsaslı təmir olunub və müasir avadanlıqlarla təchiz edilib. Təhsil Nazirliyi tərəfindən hazırlanmış məktəbəqədər yaşlı uşaqlar üçün əyani vəsaitlər toplusunun bağçaya verilməsi isə burada çalışan tərbiyəçilərin ürəyincədir. |
![]() |
![]() |
![]() |
![]() |