![]() |
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Yeni məktəblərimiz
İmişli şəhəri Gənclik yaşayış massivində yerləşən 8 nömrəli orta məktəbin binası 2008-ci ildə istifadəyə verilib. Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa edilmiş 360 şagird yerlik ikimərtəbəli təhsil ocağında 25 sinif otağı, fənn kabinetləri, laboratoriyalar, kompüter otağı, kitabxana, akt və idman zalları, yeməkxana və tibb otağı vardır. Məktəb müasir tələblərə cavab verən istilik sistemi və inventarlarla təmin olunub. Məktəbin geniş ərazisində abadlıq işləri aparılıb, idman meydançası fəaliyyət göstərir.
Fazil İDRİSOĞLU
Orta məktəblərdə "son zəng"
*** 157 nömrəli məktəbdə tədbiri giriş sözü ilə açan təhsil ocağının direktoru Gülayə Səttarova məzunları və birinciləri təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladı və yüksək göstəricilərlə ali məktəblərə qəbul olacaqlarına ümid etdiyini birdirdi. Tədbirə gələn qonaqlar da məzunları və birinciləri təbrik edərək, onlara xoş sözlər dedilər. Tədbir unudulmaz xatirələrlə yadda qaldı. *** "Son zəng" günü Bakıdakı 299 nömrəli məktəb-liseyin həyətində də böyük canlanma var idi. Bu məktəbin məzunları da həmin gün həmyaşıdları kimi sevinc içində idilər. Tədbiri giriş sözü ilə açan təhsil ocağının direktoru Solmaz Kazımova məzunları və birinciləri təbrik edərək, təhsilə göstərilən dövlət qayğısından və qazanılmış nailiyyətlərdən danışdı. çıxış edən qonaqlar da məzunları təbirik edərək, onlara Azərbaycanın adını harada olmalarına baxmayaraq, həmişə uca tutmağı tövsiyə etdilər. Məzunlar müəllimləri və gələn qonaqlarla birlikdə bir-birindən maraqlı rəqslər ifa edib şeirlər, mahnılar söylədilər, şənləndilər. Həmin gün "son zəng" Bakının 5, 111,144, 246,267, 292 nömrəli məktəblərində də təntənə ilə qeyd edildi. *** Hər bir təhsil müəssisəsində olduğu kimi, Bakının Nəsimi rayonundakı 54 nömrəli orta məktəbdə də "son zəng" yüksək səviyyədə təşkil edilmişdi. Tədbiri açıq elan edən 54 nömrəli məktəbin direktoru Sahibə Abbasova bildirdi ki, bir sıra uğurlarla "Ən yaxşı ümumtəhsil məktəbi" adını qazanmaq uğrunda mübarizəyə qoşulan 54 nömrəli məktəb istedadlı şagirdləri, öz işinin peşəkarı olan müəllimləri, müxtəlif sahələrdə çalışan məzunları ilə fəxr edir. Son 3 ildə ali məktəblərə qəbul imtahanlarının nəticələri 54 nömrəli məktəbin məzunlarının göstəricilərinin artdığını söyləməyə əsas verir. Müəllimlər adından çıxış edən Təranə Seyidova və Firuzə Qasımova məzunları təbrik etdilər, onlara xoş arzularını çatdırdılar. Simvolik açar direktora təqdim edildi. Sonda məzunlar son zəngin sədaları altında şənləndilər.
Rəşad ZİYADOV, Fazil İDRİSOĞLU
|
![]() |
![]() |
![]() |
![]() |