Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasında keçirilən
qısamüddətli ixtisasartırma kurslarının növbəti
buraxılışı olub. "Azərbaycan dövlətçiliyinin
həqiqi əsasları və inzibati islahatlar"
istiqaməti üzrə keçirilən kursda dövlət
hakimiyyətinin mərkəzi, şəhər, rayon
orqanlarının, müvafiq nazirlik, komitə və
idarələrinin rəhbər işçiləri iştirak ediblər.
Kursun əsas məqsədi Azərbaycan dövlətçiliyinin
hüquqi əsasları və inzibati islahatlarla bağlı
biliklərin sistemləşdirilməsi, dinləyicilərə bu
sahədə yaranmış yeni biliklərin verilməsi olub.
Burada Heydər Əliyevin dövlət idarəçilik
təcrübəsi, Azərbaycan Respublikasının milli
təhlükəsizliyinin təmin olunmasında
hüquq-mühafizə orqanlarının qarşılıqlı
fəaliyyəti, Konstitusiya nəzarətinin mahiyyəti
və digər məsələlər əhatə olunub.
Eyni zamanda dinləyicilər bu müddət ərzində
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasında praktiki təcrübədə də olublar.
Sonda Dövlət İdarəçilik Akademiyasının I
prorektoru, professor Ə.Abdullayev kurs keçmiş
dinləyiciləri təbrik edərək, onlara kursu
bitirmələri barədə sertifikatlar təqdim edib.
|