Şəki şəhər 10 nömrəli tam orta məktəbdə yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ilə görüş təşkil edilib.

 

Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Şəki rayon filialının sədri Məmmədnuru Əzizov, Şəki Şəhər Təhsil Şöbəsinin fiziki tərbiyə fənni üzrə metodisti Abdurəhman Məmmədov , Qarabağ müharibəsi veteranı Şahmar Bayramov, Qarabağ müharibəsi əlili  Rəfail Abdullayev, şəhid atası Oruc Salamov, məktəbin direktoru Billur Abdulsəlimova, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

 

Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri vətənpərvərlik ruhunda böyütmək, tarix boyu xalqımızın başına gələn müsibətlər haqqında məlumatlandırmaq və gələcək nəslə vətən sevgisini aşılamaqdan ibarətdir.

 

Görüşdə çıxış edən məktəbin direktoru Billur Abdulsəlimova qonaqlara öz minnətdarlığını bildirib, gənc nəslin tərbiyəsində onların əsl nümunə olduqlarını vurğulayıb.

 

Sonda şagirdlər vətənpərvərlik ruhunda hazırladıqları ədəbi-bədii proqramla çıxış ediblər.

 

Mahal MƏMMƏDOV,

Şəki Şəhər Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi