Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümumdünya Mülki Müdafiə Təşkilatının tədbirlər planına uyğun olaraq  “Mülki müdafiə və ilkin tibbi yardım” mövzusunda tədbir keçirilib. 

 

Universitetin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbirdə ADNSU-nun mülki müdafiə qərargahının rəisi Elşən Məmmədov çıxış edərək mülki müdafiənin həyat üçün əhəmiyyətindən danışıb. Bildirib ki, 1 mart Ümumdünya Mülki Müdafiə günüdür və bununla bağlı hər il dünyanın əksər ölkələrində tədirlər keçirilir, insanlar bu istiqamətdə maarifləndirilir.  

 

Qeyd edək ki,  Azərbaycan  da 1992-ci ildən Ümumdünya Mülki Müdafiə Təşkilatına üzvdür və dövlət olaraq vətəndaşlarının təhlükəsizliyini hər zaman diqqətdə saxlayır. ADNSU da bu çərçivədə təhlükəsizlik tədbirlərinin qorunması ilə bağlı mütəmadi tədbirlər keçirir.

 

Tədbirdə digər çıxış edənlər də son illər dünyada texnogen, ekoloji hadisələrin və təbii fəlakətlərin ildən-ilə çoxaldığını qeyd edərək,  hər kəsin ilkin tibbi yardım bacarığının olması və fövqəladə hallar zamanı təhlükəsizlik tədbirlərinə əməl edə bilməsinin vacibliyini vurğulayıblar.