Xəbər  verildiyi kimi, koronavirusla əlaqədar martın 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Nazırlər Kabineti  yanında operativ qərargahın verdiyi bu qərar  yoluxma hallarının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədi daşıyır.  

              

Həmin qərara əsasən,  Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) də sanitar-epidemioloji vəziyyətə nəzarət gücləndirilib, tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin icrasına başlanılıb. Bakı Şəhər Dezinfeksiya Stansiyasının Yasamal şöbəsinin əməkdaşları universitetin bütün tədris korpuslarında – dəhlizlərdə, auditoriya və laboratoriyalarda, mərkəzlərdə, ictimai-iaşə obyektləri və sanitar qovşağında koronavirusa qarşı dezinfeksiya işləri aparıblar.