Latviya Təbiət Elmləri və Texnologiyaları Universitetinin nümayəndə heyəti və “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsinin nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.

 

Qeyd edək ki, ADAU-nun baytarlıq təbabəti və zoomühəndislik fakültəsinə adıçəkilən layihə çərçivəsində dəstək proqramı icra edilir.

 

Latviyanın Qida və Baytarlıq Xidmətinin regional ofisinin rəhbəri Marek Samoxvalov və Latviya Təbiət Elmləri və Texnologiyaları Universitetinin baytarlıq fakültəsinin dekanı, professor Kaspars Kovalenkonun səfəri fakültənin müəllim heyəti ilə birgə tədris proqramının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparmaq və bu istiqamətdə təkliflərin hazırlanması məqsədini daşıyır.

 

Görüş zamanı səfərdən məmnunluğunu bildirən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov mövcud layihələrin perspektivindən və gələcəkdə planlaşdırılan layihələr haqda fikirlərini bildirib.