Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə dezinfeksiya işləri davam etdirilib.

 

ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərəv mətbuata müsahibəsində universitet tələbələrinin və əməkdaşlarının sağlamlığının və təhlükəsizliyinin hər zaman diqqətdə saxlanıldığını deyib. Qeyd edib ki, koronavirus infeksiyasına qarşı dezinfeksiya tədbirləri ciddi şəkildə həyata keçirilir. O, eyni zamanda ADNSU-da təhsil alan əcnəbi tələbələrin də sağlamlığlının nəzarət altında olduğunu bildirib.

 

Bakı Şəhər Dezinfeksiya Mərkəzinin həkim epidemioloqu Zümrüd Əliyeva dezinfeksiya prosesində istifadə olunan məhlulun müasir preparat olduğunu, iyinin, qoxusunun olmadığını, digər əşyalar və eyni zamanda insanlar üçün təhlükəsiz olduğunu deyib.

 

ADNSU ilə yanaşı, Azərbaycan-Fransız Universitetində (UFAZ) də koronavirus infeksiyasının  yayılmasına qarşı qapaqlayıcı tədbirlər davam etdirilib. UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov virus əleyhinə yüksək səviyyədə təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirib.