Məlum olduğu kimi, koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək  bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.

 

Bununla əlaqədar Azərbaycan Texniki Universitetində (AzTU) də dezinfeksiya işlərinə nəzarət gücləndirilib. Universitetin bütün tədris korpuslarının auditoriyaları, laboratoriyaları, dəhlizləri və digər ərazilərində dezinfeksiya işləri aparılıb. Eyni zamanda universitetin yataqxanası və idman sarayı da koronavirusa qarşı dezinfeksiya edilib.

 

Dezinfeksiya işləri Viktoriya MMC şirkəti tərəfindən həyata keçirilib.