Ağdaş şəhər  8 nömrəli  tam orta məktəbində yanğın zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi, bu sahədə bilgilərin artırılması məqsədilə Şimal-Qərb Regional Dövlət Yanğından Mühafizə İdarəsinin Ağdaş rayon şöbəsinin əməkdaşları ilə birgə təlim - məşq toplantısı keçirilib.

 

Tədbirdə uşaqları maarifləndirmək məqsədilə yanğın hadisələri zamanı mühafizə olunmaq, belə hadisə zamanı davranış qaydaları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı müvafiq məlumatlar çatdırılıb, yanğının qarşısının alınması ilə bağlı maarifləndirici söhbətlər aparılıb, uşaqları maraqlandıran suallara cavab verilib. Həmçinin xilasetmə alət və avadanlığından istifadə qaydası əyani şəkildə izah edilib.

 

Tədbirin sonunda məktəbin pedaqoji kollektivi  və şagirdlər yanğından mühafizə əməkdaşlarına faydalı məsləhətlərinə və təlim-məşqlərə görə təşəkkür ediblər.

 

Ağdaş şəhər  8 nömrəli  tam orta məktəbin direktoru Fəridə Qasımova müəllimlərə göstərilən dövlət qayğısından danışaraq ölkə başçısı İlham Əliyevə məktəbin müəllim-şagird kollektivi adından minnətdarlığını bildirib. Məktəblilərin fövqəladə hallara hazır olmaları baxımından bu cür təlimlərin keçirilməsini yüksək qiymətləndirib.