Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) zəruri tədbirlər həyata keçirilir.

 

Bir həftə ərzində Yasamal Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən universitetin bütün tədris binaları və ictimai-iaşə obyektləri dezinfeksiya olunub, bütün bölmələr zəruri tibbi-sanitar ləvazimatlarla təmin edilib.

 

Qeyd edək ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci il mart ayının 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Bu müddət ərzində ADMİU-da tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.