AMEA-nın Fiziologiya İnstitutunda dünya ölkələrində aşkarlanan koronavirus epidemiyasına qarşı (COVID-19) tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər həyata keçirilib.

 

“Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə elmi müəssisənin laboratoriya otaqları, konfrans zalı, kitabxana və dəhlizlərində dezinfeksiya işləri aparılıb.

 

İnstitutdan verilən məlumata görə, infeksiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması, müvafiq qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə davamlı olaraq işlər görülür.

 

Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə məlumatlılığın artırılması məqsədilə koronavirusun yaratdığı fəsadlar və ondan qorunma yolları haqqında institut əməkdaşlarına maarifləndirici məlumatlar da verilib.