Təhsil Nazirliyinin sifarişi ilə İmişlidə Muradxanlı kənd tam orta məktəbi üçün 264 şagird yerlik binanın inşası davam edir.

 

Təhsil şöbəsindən aldığımız məlumata görə, tikintisinə 2019-cu ilin dekabr ayında başlanılan binada 11 sinif otağı, fənn kabineti, akt və idman zalı, digər yardımçı otaqlar olacaq. Artıq binanın ikinci mərtəbəsində hörgü işləri davam etdirilir. Hazırda birinci mərtəbədə suvaq işləri görülür, istilik və elektrik xətləri çəkilir. Təhsil ocağının dayanaqlı su, istilik və elektrik enerjisi ilə təmin olunması məqsədi ilə ərazidə su anbarı, qazanxana tikilir.

 

Məktəb binasının tikintisinin bu ilin sentyabr ayınadək tam başa çatdırılması nəzərdə tutulur.

 

Şakir CƏFƏROV