Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün kompleks profilaktik tədbirlər çərçivəsində  AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda da  dezinfeksiya işləri aparılır.

 

İnstitutdan bildirib ki,  elmi müəssisənin 2 mərtəbəli inzibati korpusu və 5 mərtəbəli laboratoriya korpusunun bütün otaqları, dəhlizlər xüsusi təmizləyici məhlullarla təmizlənir.