Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Prezident İlham Əliyevin Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürülməsi təşəbbüsünə qoşulub.

 

Bu məqsədlə universitet Elmi Şurasının virtual iclası keçirilib və adıçəkilən fonda  20 min manat ianə edilməsi ilə bağlı qərar qəbul olunub.

 

İclasda həmçinin,  online dərslərin təşkili, tədrisin keyfiyyətinin yüksəldilməsi, imtahanlara hazırlıq kimi bir sıra digər məsələlər də müzakirə edilib.


Bütün bəşəriyyət üçün qlobal təhdidə çevrilmiş pandemiya ilə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri sayan ADMİU rəhbərliyi universitetin professor-müəllim heyətini və tələbə kontingentini koronavirusla mübarizədə aktiv olmağa, sosial izolyasiya şəraitinin tələblərinə uyğun davranmağa, özlərini və ətrafdakı insanları qorumaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına və gigiyenik qaydalara ciddi riayət etməyə, yaşlı insanların qayğısına qalmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa və ictimai yerlərdə toplaşmamağa çağırıb.