AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyi koronavirus (COVID-19) pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması və vətəndaşların sağlamlığının qorunması üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım kampaniyasına qoşulub.  

 

Muzeydən verilən məlumata görə, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi, eləcə də onun Xaqani Şirvani adına Aran regional filialı, Xurşidbanu Natavan adına Qarabağ filialı və Sergey Yesenin adına Rusiya-Azərbaycan ədəbi əlaqələr mərkəzinin əməkdaşları bir aylıq əməkhaqqılarının bir hissəsini könüllü şəkildə adıçəkilən fonda köçürüblər.

 

Bildirilib ki, muzeyin kollektivi koronavirusla mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qərarlarına və tövsiyələrinə ciddi riayət edirlər.