COVİD-19 qlobal pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində ölkədə karantin rejiminin tətbiq olunması tənha və xəstə insanlara yardım göstərilməsi,  onların zəruri ehtiyaclarının qarşılanması məsələsini daha da aktuallaşdırıb.  Müsbət haldır ki, hazırda çoxsaylı dövlət və özəl qurumları, qeyri-hökumət təşkilatları və ictimai birliklər tərəfindən bu istiqamətdə müvafiq könüllülük fəaliyyəti həyata keçirilir.

 

Mingəçevir Dövlət Universitetinin  (MDU) bir qrup könüllü gənc əməkdaşı və tələbəsi də karantin dövründə risk qrupuna daxil olmaqla,  xüsusi qayğıya ehtiyac duyan bir neçə ailəni ziyarət edib, onlara zəruri ərzaq məhsullarından ibarət sovqat çatdırıblar. Aksiya MDU ilə  Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı çərçivəsindəki əməkdaşlığına uyğun  həyata keçirilib.

 

Vətəndaşlar bütün dünyanın koronavirusla mübarizə apardığı bir şəraitdə dövlət tərəfindən onlara göstərilən diqqətə görə ölkə  başçısına təşəkkürlərini bildiriblər.

 

Görüşlər zamanı vətəndaşların diqqətinə  karantin dövrünün tələblərinə riayət edilməsi və infeksiya ilə mübarizədə həmrəylik göstərilməsinin vacibliyi bir daha çatdırılıb.