Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mühasibat uçotu və audit kafedrasının professoru, iqtisad elmləri doktoru Fazil Hacıyev və Mingəçevir Dövlət Universitetinin (MDU) iqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Nüşabə Qədimlinin “İdarəetmə təhlili” adlı dərslik-kitabı nəşr olunub.

 

Dərsliyin birinci fəslində iqtisadi təhlilin nəzəri əsasları, iqtisadi təhlilin mahiyyəti, predmeti, üsulu və növlərindən bəhs edilib, ikinci və daha sonrakı fəsillərində təhlilin nəzəri əsasları, sənayedə marketinq fəaliyyəti, təşkilat və təsərrüfat subyektlərində məhsul istehsalı və satışı, təşkilatların əsas fondlarla, əmək resursları ilə və xammal materiallarla təmin olunması, məhsulun maya dəyərini xarakteristika edən göstəricilər sistemi və onların dəyişməsinə təsir edən amillər kompleks şəkildə təhlil olunub.

 

Dərslikdən ali məktəblərdə iqtisadi ixtisaslar üzrə təhsil alan bakalavrlar, magistrlər, doktorantlar, menecerlər, auditorlar və digər mütəxəssislər istifadə edə bilərlər.   

 

Qeyd edək ki, “İdarəetmə təhlili” dərsliyi həm də UNEC ilə MDU arasında bağlanmış müqavilənin müddəalarına uyğun olaraq nəşr edilib.