Naxçıvan Dövlət Universiteti (NDU) nəqliyyat və informasiya texnologiyaları kafedrasının baş müəllimi Hüseyn Qasımovun “Təhsilin personalizasiyası kontekstində abituriyentlərə peşə seçimində dəstək sisteminin modelləşdirilməsi” adlı elmi məqaləsi Avropanın nüfuzlu EUREKA: PHYSİCS AND ENGİNEERİNG jurnalında çap olunub.

 

NDU-dan bildirilib ki, məqalədə abituriyentlərin bilik səviyyəsinin qiymətləndirilməsi və onların bilik səviyyələrinə uyğun peşələrə yerləşdirilməsində fərdi yanaşma metodunu dəstəkləyən “ölçmə - yerləşdirmə” sisteminin modelləşdirilməsindən bəhs olunur. Qeyd edilib ki, sistem qeyri - səlis məntiqə əsaslanaraq süni neyron şəbəkələrinin tətbiqi ilə reallaşdırılır. Məqalədə həmçinin, neyron şəbəkə vasitəsilə hər bir abituriyentin ümumi nəticəsi ilə bərabər, ayrıca fənlər üzrə nəticələri də analiz edilərək ona bilik və bacarıqlarının daha uyğun olduğu peşə ixtisasında oxuması təklif edilir.

         

Məlumat üçün bildirilib ki, jurnal Estoniyada çap olunur və 33 adda beynəlxalq elmi indeksləşmə bazalarına, o cümlədən SCOPUS elmi indeksləşmə bazasına daxildir.