Abşeron rayon Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbinin kollektivi Sumqayıt şəhəri Bülbül adına uşaq incəsənət məktəbində konsert proqramı ilə çıxış edib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunub və tədbir iştirakçlları tərəfindən maraqla qarşılanılb. Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərə artıq start verildiyini, şəhərdə geniş konsert proqramının təşkil olunduğunu bildirib.

 

Sifai SƏFƏROVA