Avqustun 12-də Təhsil naziri Emin Əmrullayev Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb.

 

Görüşdə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.