Ən yaxşı universitetlərin növbəti reytinq cədvəli açıqlanıb


Böyük Britaniyanın təhsil xidmətləri sahəsində ixtisaslaşmış “Times Higher Education” nəşri sentyabrın 2-də dünya universitetlərinin növbəti reytinqini (Times Higher Education World University Rankings 2021) yayımlayıb. Reytinq 93 ölkədən 1500 universiteti əhatə edir. Bu isə tədqiqatın hazırda daha əhatəli və genişmiqyaslı olmasına dəlalət edir.

 

Cədvəl hər hansı universitetin səmərəliliyini ölçən diqqətlə seçilmiş 13  performans göstəricisinə əsaslanır. Ali məktəbin fəaliyyəti 4 sahə üzrə qiymətləndirilir: tədris, elmi araşdırmalar, biliklərin ötürülməsi və beynəlxalq perspektivlər. Bu il reytinq 13 milyondan artıq elmi məqaləyə olan 80 milyondan çox istinadı təhlil edib və bütün dünya üzrə 22.000 alimin qurumun sorğularına verdiyi cavabı nəzərə alıb. Tələbələr, müəllimlər, hökumətlər və sənaye ekspertləri tərəfindən etibar edilən reytinq dünya ali təhsilində dəyişən qüvvələr balansı haqqında əhəmiyyətli fikir yaradır.

 

“Times Higher Education”un versiyasına görə, dünyanın ən yaxşı ali təhsil müəssisəsi adına artıq dördüncü dəfədir ki, Böyük Britaniyanın ən qədim ali məktəbi və ən böyük elmi-tədqiqat mərkəzi kimi tanınan Oksford Universiteti layiq görülüb. Oksford elmi tədqiqatların həcmi və keyfiyyəti, o cümlədən elmin bir çox sahələrində liderdir. Britaniya Akademiyasının 100 alimi və Kral Cəmiyyətinin 90 üzvü Oksford  Universitetinin fəxridirlər.

 

Çinin ən yaxşı ali təhsil müəssisəsi olan Sinxua Universiteti 2011-ci ildən bu yana reytinqin top-20-lüyünə daxil olan ilk Asiya universitetidir.  ABŞ top-10-luqda rekord sayda - 8 universitetlə təmsil olunur. Kaliforniya Berkli Universiteti bu il 6 yer irəliləyərək 7-ci sırada qərarlaşıb. Ancaq top-200-lükdə təmsil olunan ABŞ ali təhsil müəssisələrinin sayında azalma var. Bütövlükdə reytinqə  ABŞ-dan 60, Böyük Britaniyadan isə 28  universitet daxil olub.

 

Bununla yanaşı, bu il reytinqdə ilk dəfə olaraq 141 universitet yer tuta bilib.  Reytinqə yeni daxil olan universitetlərin sayına görə (14) Hindistanın göstəricisi diqqətəlayiqdir. Ümumiyyətlə, bu ölkədən rekord sayda - 63 universitet reytinqə daxil olub. Kanada və İtaliyanın ən yaxşı universitetləri ötən  illərin reytinqləri ilə müqayisədə inamla irəliləyirlər. Bu il reytinqə bir neçə yeni ölkə daxil olub: Bruney, Kuba, Malta, Monteneqro, Puerto-Riko və Vyetnam.

 

Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti göstəricilərinin məcmu sayına görə 15 mövqe yüksəlib və 174-cü , “təhsilin keyfiyyəti”  göstəricisinə görə 25-ci, “tədqiqat” göstəricisinə görə 55-ci, sahə tədqiqat fəaliyyətindən “maliyyə daxilolmaları” göstəricisinə görə  isə 40-cı yerə yüksəlib.

 

Reytinqlə daha ətraflı www.timeshighereducation.com/world-university-rankings/2021/world-ranking səhifəsindən tanış olmaq olar.

 

 

Sıra №-si

 

Ali məktəbin adı

Ölkə

Ümumi tələbə sayı

Tələbə-müəllim nisbəti

Əcnəbi tələbələrin sayı

Qadın-kişi nisbəti

1

University of Oxford

Böyük Britaniya

20,774

11.1

41%

46 : 54

2

Stanford University

ABŞ

16,223

7.4

23%

44 : 56

3

Harvard University

ABŞ

21,261

9.3

25%

49 : 51

4

California Institute of Technology

ABŞ

2,238

6.3

33%

36 : 64

5

Massachusetts Institute of Technology

ABŞ

11,276

8.4

34%

39 : 61

6

University of Cambridge

Böyük Britaniya

19,370

11.0

38%

47 : 53

7

University of California, Berkeley

ABŞ

39,918

19.8

17%

51 : 49

8

Yale University

ABŞ

12,910

6.0

20%

50 : 50

9

Princeton University

ABŞ

8,091

8.0

23%

46 : 54

10

University of Chicago

ABŞ

14,292

5.9

31%

46 : 54

11

Imperial College London

Böyük Britaniya

17,176

11.6

58%

39 : 61

12

Johns Hopkins University

ABŞ

16,432

4.4

27%

52 : 48

13

University of Pennsylvania

ABŞ

20,771

6.4

21%

52 : 48

14

ETH Zurich

İveçrə

19,632

13.1

40%

32 : 68

15

University of California, Los Angeles

ABŞ

41,673

10.0

17%

55 : 45

16

UCL

Böyük Britaniya

34,590

10.8

55%

57 : 43

17

Columbia University

ABŞ

27,384

5.7

39%

əks olunmayıb

18

University of Toronto

Kanada

74,502

20.0

22%

59 : 41

19

Cornell University

ABŞ

23,016

10.2

25%

50 : 50

=20

Duke University

ABŞ

15,489

4.3

21%

49 : 51

=20

Tsinghua University

Çin

37,484

11.6

13%

34 : 66

22

University of Michigan-Ann Arbor

ABŞ

43,873

8.3

17%

50 : 50

23

Peking University

Çin

38,583

11.1

16%

43 : 57

24

Northwestern University

ABŞ

18,529

13.0

19%

49 : 51

25

National University of Singapore

Sinqapur

30,943

18.0

26%

50 : 50

26

New York University

ABŞ

44,474

8.8

34%

57 : 43

27

London School of Economics and Political Science

Böyük Britaniya

10,660

12.0

72%

54 : 46

28

Carnegie Mellon University

ABŞ

14,058

13.7

48%

43 : 57

29

University of Washington

ABŞ

46,258

10.7

17%

53 : 47

30

University of Edinburgh

Böyük Britaniya

30,649

12.1

42%

60 : 40

31

University of Melbourne

Avstraliya

50,094

27.0

48%

57 : 43

32

LMU Munich

Almaniya

34,249

33.6

17%

61 : 39

33

University of California, San Diego

ABŞ

34,232

12.0

30%

47 : 53

34

University of British Columbia

Kanada

 

53,123

18.7

32%

55 : 45

35

King’s College London

Böyük Britaniya

27,400

12.4

46%

62 : 38

=36

Karolinska Institute

İsveç

7,696

8.8

26%

68 : 32

=36

The University of Tokyo

Yaponiya

25,935

10.6

13%

əks olunmayıb

38

Georgia Institute of Technology

ABŞ

26,043

23.6

27%

33 : 67

39

University of Hong Kong

Honkonq

18,135

18.2

43%

54 : 46

40

McGill University

Kanada

31,578

12.8

31%

59 : 41

41

Technical University of Munich

Almaniya

32,377

39.8

31%

36 : 64

42

Heidelberg University

Almaniya

20,020

14.5

18%

54 : 46

43

École Polytechnique Fédérale de Lausanne

İsveçrə

10,942

12.2

60%

29 : 71

44

University of Texas at Austin United States

ABŞ

49,510

16.9

10%

52 : 48

45

KU Leuven

Belçika

45,617

36.1

15%

50 : 50

46

Paris Sciences et Lettres – PSL Research University Paris

Fransa

 

20,701

14.7

24%

46 : 54

47

Nanyang Technological University, Singapore

Sinqapur

23,902

14.8

25%

48 : 52

48

University of Illinois at Urbana-Champaign

ABŞ

45,980

17.8

24%

48 : 52

49

University of Wisconsin-Madison

ABŞ

39,451

9.8

13%

əks olunmayıb

50

Washington University in St Louis

ABŞ

13,693

7.5

21%

əks olunmayıb

=51

University of Manchester

Böyük Britaniya

36,557

14.4

41%

53 : 47

=51

University of Sydney

Avstraliya

46,453

19.4

43%

58 : 42

53

University of Southern

ABŞ

41,953

13.0

23%

49 : 51

=54

Boston University

ABŞ

26,510

11.1

28%

59 : 41

=54

Kyoto University

Yaponiya

22,935

9.3

11%

25 : 75

=56

Chinese University of Hong Kong

Honkonq

18,675

19.3

33%

əks olunmayıb

=56

The Hong Kong University of Science and Technology

Honkonq

9,976

21.6

30%

əks olunmayıb

=56

University of North Carolina at Chapel Hill

ABŞ

30,956

8.2

8%

58 : 42

59

Australian National University

Avstraliya

18,801

17.8

47%

53 : 47

60

Seoul National University

Cənubi Koreya

26,757

15.1

11%

əks olunmayıb

61

Brown University

ABŞ

9,695

10.8

20%

əks olunmayıb

=62

The University of Queensland

Avstraliya

40,389

35.5

38%

55 : 45

=62

Wageningen University & Research

Niderland

14,356

21.0

27%

54 : 46

=64

University of California, Davis

ABŞ

36,395

13.6

17%

58 : 42

=64

Monash University

Avstraliya

57,406

41.7

43%

57 : 43

66

University of Amsterdam

Niderland

24,747

12.8

24%

57 : 43

67

UNSW Sydney

Avstraliya

46,234

41.0

44%

47 : 53

68

University of California, Santa Barbara

ABŞ

24,780

28.2

18%

53 : 47

69

McMaster University

Kanada

25,285

30.5

18%

55 : 45

=70

Fudan University

Çin

 

32,597

11.2

13%

52 : 48

=70

Leiden University

Niderland

30,178

19.0

18%

59 : 41

72

Erasmus University Rotterdam

Niderland

26,453

26.8

22%

50 : 50

=73

University of Montreal

Kanada

36,774

20.2

21%

n/a

=73

University of Zurich

İsveçrə

22,960

14.8

21%

57 : 43

=75

Charité - Universitätsmedizin Berlin

Almaniya

7,431

17.4

20%

65 : 35

=75

Utrecht University

Niderland

32,022

14.0

10%

58 : 42

77

University of Warwick

Böyük Britaniya

21,777

13.3

41%

49 : 51

=78

Delft University of Technology

Niderland

19,594

17.4

31%

30 : 70

=78

University of Tübingen

Almaniya

27,590

36.6

14%

58 : 42

=80

University of Groningen

Niderland

28,392

23.9

23%

51 : 49

=80

Humboldt University of Berlin

Almaniya

33,388

56.3

18%

əks olunmayıb

=80

Ohio State University (Main campus)

ABŞ

54,650

12.1

13%

50 : 50

83

University of Freiburg

Almaniya

14,878

32.5

21%

54 : 46

84

University of Copenhagen

Danimarka

30,746

4.2

17%

62 : 38

=85

Emory University

ABŞ

12,923

4.0

20%

59 : 41

=85

University of Minnesota

ABŞ

61,994

12.4

11%

53 : 47

=87

École Polytechnique

Fransa

2,850

5.6

44%

23 : 77

=87

University of Science and Technology of China

Çin

16,434

7.2

5%

əks olunmayıb

=87

Sorbonne University

Fransa

43,585

12.8

20%

58 : 42

90

University of Maryland, College Park

ABŞ

33,671

16.6

11%

48 : 52

91

University of Bristol

Böyük Britaniya

22,981

14.5

28%

55 : 45

=92

University of Basel

İsveçrə

9,229

12.3

30%

55 : 45

=92

University of Glasgow

Böyük Britaniya

26,533

14.7

38%

59 : 41

=94

Purdue University West Lafayette

ABŞ

41,573

16.3

22%

43 : 57

=94

Zhejiang University

Çin

33,825

10.8

23%

23 : 77

96

Korea Advanced Institute of Science and Technology (KAIST)

Cənubi Koreya

9,514

10.4

9%

20 : 80

97

National Taiwan University

Tayvan

24,880

9.9

12%

43 : 57

=98

University of California, Irvine

ABŞ

 

35,040

17.5

27%

52 : 48

=98

University of Helsinki

Finlandiya

22,137

15.9

5%

66 : 34

100

Shanghai Jiao Tong University

Çin

38,556

11.9

11%

39 : 61

                 

 

 

 

Oruc MUSTAFAYEV